Qazaxıstan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynlinin çıxış etdiyi "Atırau" bu mərhələdə "Rahmet"lə qarşılaşıb.
Səfərdə 4:3, evdə 5:4 hesabı ilə qalib gələn atıraulular yarımfinala yüksəliblər.
"Atırau" yarımfinalda güclü "Kayrat"la qarşılaşacaq. Oyunlar aprelin 22-23-də keçiriləcək.