14:17 05.05.2023 938

Azərbaycanın dünya idmanında ciddi tərafdaşa çevrilməsində Ulu Öndər fenomeni

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Ölkə başçısı İlham Əliyev ötən il 22 sentyabrda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sirr deyil ki, Ulu öndər ölkəmizdə bir çox sahələr kimi, idmanın da inkişafı istiqamətində mühüm işlər həyata keçirib. Müxtəlif dövrlərdə respublikamıza rəhbərlik edən dahi şəxsiyyətin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan əsl idman ölkəsinə çevrilib. Olimpiya hərəkatının inkişafına xüsusi önəm verən ümummilli liderin diqqət və qayğısı nəticəsində idmançılarımız beynəlxalq arenalarda yüksək naliyyətlər qazanıblar. Bu missiya indi də uğurla davam etdirilir. 

"Hər hansı bir ölkənin müstəqillik rəmzlərini idman qədər əks etdirən ikinci bir vasitə yoxdur", İdman hər bir xalqin mədəniyyətinin hansı səviyyədə olduğunu göstərir". 

Ulu öndər Heydər Əliyevin dillər əzbəri olan bu müdrik kəlamları onun qlobal inkişaf meyllərini əvvəlcədən görmək, öz ölkəsinin dünya birliyində rolunu və yerini müəyyənləşdirmək bacarığını göstərir, məhz ümumilli liderimizin dühasının işığında Azərbaycan təkcə siyasi iqtisadi sahədə deyil, eyni zamanda idman aləmində beynəlxalq miqyasda ön mövqelərə çıxdı, bu inkişaf tərəqi dalğası respublikamızın idmançılarını ən mötəbər yarışlarda indiyə qədər liderlər sırasında saxlayır.

Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır".

Uğurlu idman siyasətinin nəticəsi olaraq bu gün Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, təmsilçilərimiz isə ciddi rəqib kimi qəbul olunurlar. Ölkəmizin qısa müddətdə əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsi başda olmaqla, bir çox qurumların diqqətindən yayınmayıb. 

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançın 2000-ci il Sidney Yay Olimpiya Oyunlarından sonra Azərbaycan prezidenti, Ulu Öndər Heydər Əliyevə ünvanladığı teleqramda deyilirdi:

"Cənab prezident və mənim dostum!
Yeni minilliyin ilk oyunları, olimpiya tarixində ən yaxşı oyunlar hesab olunan XXVII Yay Olimpiya Oyunları Sidneydə bağlı elan edildi. Dünya idmanıçılarının, o cümlədən Azərbaycan idmançılarının əla çıxışları oyunların uğurla başa çatmasına səbəb oldu. Buna görə Sizə səmimi təbriklərimi və Milli Olimpiya Komitəsinə göstərdiyiniz dəstəyə görə öz minnətdarlığımı bildirirəm.

Cənab prezident, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edəsiniz.

Xuan Antonio SAMARANÇ,
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti
Lozanna, 6 oktyabr 2000-ci il”.

Ulu Öndərin bünövrəsini qoyduğu, bu gün İlham Əliyevin davam etdirdiyi idmanın inkişafı prosesinin nəticəsində Azərbaycanda "Bakı-2015" Birinci Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, "Formula 1" Qran-Priləri, həmçinin güləş, cüdo, gimnastika, boks, karate, taekvondo, şahmat və başqa idman növləri üzrə saysız-hesabsız mötəbər yarışlar, Olimpiya təsnifat turnirləri keçirilib. Azərbaycanda keçirilən kütləvi idman yarışları, Avropa, dünya çempionatları hər zaman yüksək təşkilatçılığı ilə seçilir, bu turnirlər artıq silsilə xarakter daşıyır.

Röya Kərimli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2026
03:14

İspaniya La Liqasının ikinci bombardiri İstanbul nəhənginə keçir - MƏBLƏĞ

02:41

"Real Madrid"in ulduzu "Fənərbağça"da?

02:28

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

02:21

Joze Mourinyu "Real Madrid"də - RƏSMİ

01:49

"Qalatasaray"ın 15 milyon avro maaş ödəyəcəyi ulduz kimdir?

01:18

"Maltaya məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik" - Ayxan Abbasov

00:48

"Real Madrid" onu almaq üçün 500 milyon ödəməlidir?

00:09

"Sabah" heyətini gücləndirdi - RƏSMİ

09 İyun 2026
23:54

Azərbaycan millisi San Marinonu məğlub etdi

23:05

Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verdi

22:51

"Qarabağ"ın gənc istedadı milliyə qələbə qazandırdı

22:30

Mourinyu onu "Real"a gətirir

22:08

Azərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub olub

21:43

Premyer Liqa nəhəngləri arasında 70 milyonluq savaş

21:18

"Qarabağ" yenidən "Ferentsvaroş"la qarşılaşacaq

20:39

"Yuventus" Kenan Yıldızla bağlı qərarını verdi

20:19

Şəhriyar Əliyev "Turan Tovuz"dan ayrıldı

19:47

"Mançester Yunayted"dən qapıçı həmləsi

19:13

Azərbaycanın güləş hakimləri dünya çempionatında

18:34

Azərbaycanın U-17 yığması Qazaxıstana məğlub oldu

18:16

Aişə Muradova Azərbaycan birinciliyində uğurlu çıxışı ilə yadda qalıb

17:46

Türkiyənin Super Liqa təmsilçisi baş məşqçisi ilə yolları ayırdı

17:31

"Şəfa" 3 oyunçusu ilə müqavilə yeniləmədi - RƏSMİ

17:11

Azərbaycanı Dünya Millətlər Kubokunda bu boksçular təmsil edəcək

16:54

Millidə huşunu itirən Eriksenin son vəziyyəti nə yerdədir?

16:36

Arteta "Arsenal" rəhbərliyindən "Real Madrid"in ulduzunun heyətə qatılmasını xahiş etdi

16:17

İspaniya millisinin hücumçusu sıradan çıxdı

15:58

"Şamaxı" yeni hücumçu ilə gücləndi

15:39

"Karvan-Yevlax"da parlayan Rüstəmli yeni mövsümə ÇL-də oynayan klubda başlayacaq

15:21

Argentinalı dünya çempionu İngiltərə nəhənginə satılır - SON DURUM

15:03

Elvin Camalovun yeni klubu bilindi

14:45

Azərbaycan millisinin hücumçusu Madridə yollandı

14:26

İspaniya mundiala inamlı qələbə ilə başlayır - VİDEO

14:08

"Fransa yarımfinala çıxsa..." - Mbappe "xoruzlar"ın hədəfini bəyan etdi

13:49

"Neftçi"ni daha bir futbolçunun tərk edəcəyi dəqiqləşdi

13:31

Mourinyunun təqdimat mərasiminin vaxtı bilindi

13:10

Mbappe yenə susdu, Fransa ABŞ-yə inamlı qələbə ilə yollandı - VİDEO

12:51

Bəhlul Mustafazadə Çindən elə şəkillər paylaşdı ki...

12:29

Niderland Özbəkistanı məğlub etdi, amma qapıçısını itirdi

12:04

"Arsenal" Zəfər İqballa yollarını ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X