Aydın Bayramovla yeni anlaşma ilə bağlı razılığa gələ bilməyən "Sumqayıt" yeni qapıçı axtarışındadır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisinin əsas hədəfi növbəti mövsümdə yerli qolkiperlərin xidmətindən istifadə etməkdir.
Onlardan biri "Sabah"da oyun praktikasından əziyyət çəkdiyi üçün iş yerini dəyişməkdə israrlı olan Nicat Mehbalıyevdirsə, digəri "Zirə"dən ayrılan Mehdi Cənnətovdur.
Qeyd edək ki, "kimyaçılar"la müqaviləsinin müddəti ötən ay başa çatan Aydın Bayramovun "Turan Tovuz"a keçəcəyi gözlənilir.
Nihat