Yeni mövsümün hazırlıqlarını davam etdirən "Səbail" növbəti transferini reallaşdırıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "dənizçilər" "Sumqayıt"ın yarımmüdafiəçisi Süleyman Əhmədovla anlaşıb.
24 yaşlı futbolçu ilə 1 illik müddətə müqavilə razılaşdırılıb. Onun transferinin gün ərzində açıqlanacağı gözlənilir.
Qeyd edək ki, "Səbail" bundan əvvəl "Kəpəz"in kapitanı Yusif Nəbiyevlə anlaşıb.
Mirağa