13:05 23.06.2023 1756

"Yerli transferlərlə qurtardıq" - Şahin Diniyev

Yay fasiləsində ən çox fəallıq göstərən klub "Səbail"dir. Paytaxt klubu mövsüm başa çatan kimi heyətdə radikal dəyişiklik etməyə qərar verdi. Heyətin yarısı - 12 futbolçu ilə yollar ayrıldı.
Klub yeni transferlərdə də gecikmir. Hər halda, "Səbail" hamıdan çox - 7 futbolçu ilə münasibətlərini rəsmiləşdirərək ictimaiyyətə tanıdıb. İlk növbədə yerli bazarda fəallıq göstərən "dənizçilər" "Sumqayıt"dan Rüfət Abdullazadəylə Süleyman Əhmədovu, "Şamaxı"dan Amil YUnanovla Bahadur Həziyevi, "Qəbələ"dən Səlahət Ağayevi, "Zirə"dən Coşqun Diniyevi və nəhayət, "Kəpəz"dən Yusif Nəbiyevi sıralarına qatıb.

 "Səbail"in baş məşqçisi Şahin Diİniyev Fanat.Az-a açıqlamasında yerli bazarda fəaliyyətlərini başa vurduqlarını deyib:
"Fasilə olsa da, biz dayanmadan çalışırıq. Bizə kömək edə biləcəyinə inandığımız oyunçuları əldə etmək istiqamətində işləyirik. Düzdür, bəzən bizdən asılı olmayan səbəbdən, hansısa transfer baş tutmadı. Amma 7 oyunçu ilə anlaşmışıq. Hamısı da yerli futbolçulardır - Səlahət Ağayev, Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Coşqun Diniyev, Bahadur Həziyev və Amil Yunanov. Bununla da yerli transfer bazarı ilə işimizi bitmiş saymaq olar. Bir neçə vacib mövqedə problem qalıb ki, ora legioner cəlb etməyi planlaşdırırıq. Heyəti böyük ölçüdə hazırlığın startına qədər komplektləşdirməyə çalışırıq. Amma ola bilsin ki, istədiyimiz əcnəbi oyunçular təlim-məşq toplanışının ölkə xaricindəki mərhələsinə qatılsınlar".

Diniyev təlim-məşq toplanışı ilə bağlı planlardan da danışıb: "İyulun 1-də Bakıda yığışacağıq. Komanda hazırlığın ilk mərhələsini paytaxtda keçirəcək. Bir həftəlik tsikl ərzində Bakı Olimpiya Stadionunda gündə 1 dəfə olmaqla məşq edəcəyik. Ayın 7-də hazırlığı yoxlama oyunu ilə başa vurmağı planlaşdırırıq. Həmin gün "Kəpəz"lə görüş razılaşdırılıb. Oyun BOS-un ikinci meydançasında olmalıdır.

Hazırlığın ikinci mərhələsi Türkiyədə olacaq. Ərzuruma 8-də getsək, təlim-məşq toplanışı 8-22 iyul tarixlərini əhatə edəcək. Bir gün gec yollansaq, Türkiyədən 23-ü dönəcəyik. Hazırlıq müddətində 3 yoxlama oyunu olacaq. Sonradan hansısa dəyişiklik baş verməsə, oyun günləri iyulun 15-i, 18-i və 21-i nəzərdə tutulub. Hələ rəqiblərin adları məlum deyil. Yəqin yaxın günlərdə bilinəcək".

Mirağa   

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X