UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” bugündən hazırlığa başlayıb.
Fanat.Az xəbər verir ki, paralel olaraq heyətini də gücləndirmək istiqamətində çalışan futzal üzrə ölkə çempionu yeni qapıçı transfer edib.
Baş məşqçi Vitali Borisovun istəyi ilə Xorvatiya millisinin üzvü olan Luka Pavloviç heyətə cəlb olunub. O, qarşıdakı bir il ərzində “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.
25 yaşlı qolkiperin son klubu "AFC Universitas Split" klubu olub.