14:28 20.08.2023 665

"Sabah"la oyunumuz təxirə salınmasaydı, daha yaxşı olardı" - "Sumqayıt" müdafiəçisi

"Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlov "Qəbələ" üzərindəki 2:1-lik səfər qələbəsindən sonra jurnalistlərə müsahibə verib.

Fanat.Az həmin müsahibəni sizə təqdim edir:

- Oyunla bağlı fikirlərin maraqlıdır...

- Qəbələdə oynamaq hər zaman çətindir. Çünki hava bürkü olur, nəfəs almaq çətinləşir. Bütün komandalar burada əziyyət çəkir. Şükürlər olsun ki, qələbə qazandıq. Düzdür, yaxşı oynamadıq. Amma mövsümün əvvəlidir. Get-gedə daha yaxşı oynayıb, daha çox qələbələr qazanmaq istəyirik. 

- Bu gün fərqli mövqedə oynadınız. Çətin olmadı ki?

- Peşəkar futbolçuyuq. Baş məşqçi məni harada görürsə, orada oynamağa və özümü göstərməyə hazıram.

- Mövsümə iki qələbə ilə başlamağınız ictimaiyyət üçün sürpriz oldu. Özünüz üçün necə?

- Bizim üçün sürpriz olmadı. Çünki hazırlaşmışdıq. Bilirik ki, ötən mövsümü pis oynamışıq. Dediyim kimi, hələlik mövsümün əvvəlidir. Hədəfimiz turdan tura daha yaxşı oynamaq, mövsümü daha yuxarı pillələrdə başa vurmaqdır.

- Ötən tur "Sabah"la oyunun təxirə salınması sizin üçün yaxşı oldu, yoxsa pis?

- Elə də fərq olmadı. Oynasaq da, oynamasaq da, mənə görə eyni şey idi. Düzdür, oynasaydıq, daha yaxşı olardı.

- Nə mənada yaxşı olardı? Yəni "Partizan"a qarşı oyunu düşünən rəqib meydançaya ikinci heyətlə çıxa və siz də bundan istifadə edib qələbə qazana bilərdiniz?

- Yox, rəqib baxımından yox, özümüzə görə dedim. Çünki nə qədər çox oynasaq, o qədər tez formaya düşərik. Sadəcə, rəqibin avrokuboklarda daha yaxşı çıxışına kömək üçün bu addım atıldı.

- I Liqa təmsilçisi MOİK-ə qarşı oynamaqla bu boşluğu nə dərəcədə doldura bildiniz?

- Düşünürəm ki, MOİK "Sabah" olmasa da, onlarla oynamaq xeyirimizə oldu. Hər halda, məşqdən oyun daha yaxşıdır.

- Yenidən milliyə dəvət gözləyirsən?

- Milliyə hər zaman dəvət gözləyirəm. Bu mənada forma yığıb hazırlıqlı olmalıyam. Amma dəvət edib-etməmək millinin baş məşqçsinin verəcəyi qərardı və o da hansı qərarı versə, hörmətlə yanaşacam.

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

Facebookdan bizi izləməyi unutmayın.
X