"Sabah"ın basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq çərçivəsində təlim-məşq toplanışı üçün Serbiyanın paytaxtı Belqrad şəhərinə yollanıb.
Fanat.Az xəbər verir ki, sentyabrın 18-nə kimi Belqradda olacaq komanda toplanış müddətində 6 yoldaşlıq görüşü keçirəcək.