"Bayern Münhen"in yarımmüdafiəçisi Yozua Kimmix Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində bu gün "Kopenhagen"ə qarşı keçirəcəkləri matç barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, orta xətt oyunçusu fikirlərini Almaniya nəhənginin rəsmi saytına bölüşüb:
"Erkən qol həmişə kömək edir. Bunu kubok matçında da gördük. Bilirik ki, "Kopenhagen" öz meydanında həqiqətən yaxşı təsir bağışlayır və böyük avrokubok təcrübəsinə malik kollektivdir. Bizim üçün asan olmayacaq. Rəqibin fitbolçusu Məhəmməd Elyunussini Bundesliqadan tanıyırıq. Danimarka təmsilçisi ötən mövsüm Çempionlar Liqasının qruplarında evdə uduzmayıb. Oyuna tam hazır olmalı və qalib gəlməyə çalışmalıyıq".
Xatırladaq ki, "Bayern" ilk turda "Mançester Yunayted"i 4:3 hesabı ilə yenib. Almaniya nəhənginin yer aldığı A qrupunda "Qalatasaray" da mübarizə aparır.
Nihat