10:12 18.12.2023 734

Azərbaycan üzgüçüləri Macarıstanda 4 qızıl qazandılar

Azərbaycan üzgüçüləri Macarıstanın Kapoşvar şəhərində yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə yüksək nəticə göstəriblər. 

Fanat.Az Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılarımız 4 qızıl, 1 gümüş medal qazanıblar.

Süleyman İsmayılzadə iki kateqoriyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, 1500 metr məsafəyə sərbəst üsulda 721 balla (16:10,99 göstərici), 400 metr məsafəyə sərbəst üsulda isə 695 balla (04:08,42) Azərbaycan yeniyetmələri arasında yeni rekorda imza atıb.

Digər üzgüçü Oqtay Hüseynov 4:49,32 göstərici ilə 400 metr məsafəyə qarışıq üsulda bütün rəqiblərindən üstün olub. O, 400 metr məsafəyə sərbəst üsulda (4:13,92) isə gümüş mükafata yiyələnib.

Azərbaycana daha bir çempionluğu Səid Həmidov qazandırıb. O, 4:19,64 göstərici ilə 400 metr məsafəyə sərbəst üsulda qızıl medal əldə edib.

Turnirdə mübarizə bu gün davam edəcək.

Qeyd edək ki, millinin digər 3 üzvü - Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov Serbiyanın Niş şəhərində keçirilən gənclər arasında beynəlxalq turnirdə finala yüksəliblər.

Dünya çempionatına və Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Ramil Vəlizadə ilə Əbdürrəhman Rüstəmov batterflyay üzrə 50 və 200 metr, Rəşad Alquliyev isə arxasıüstə üzmə üzrə 100 metrdə qüvvələrini sınayırlar.
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

12 İyun 2026
15:32

Azərbaycan kanoeçisi Avropa çempionatında qızıl medal qazandı

15:14

"Liverpul" məşhur niderlandlı ilə vidalaşdı

14:56

Mahmud Qurbanov Premyer Liqa klubunun təklifini geri çevirdi

14:38

Çexiya uduzduğu oyunda 20 illik həsrətə son qoydu

14:20

"Cavid Hüseynov? Namizədlərdən biri odur, amma..." - "Araz-Naxçıvan"ın rəsmisi

13:56

PSJ vingerini bu qiymətə satır

13:32

Qvardiol "Mançester Siti" ilə danışıqları dayandırdı - Bu kluba keçir

13:13

"Sumqayıt"ın futbolçusu üçün il başa çatdı

12:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:40

Azərbaycan milli komandalarının rəqibləri bilindi

12:25

Murad Musayevin yeni klubu bilindi - RƏSMİ

12:08

Messi yenidən DÇ-nin qalibi olmaq şanslarını dəyərləndirdi

11:46

Mbappe Deşamı İtaliya millisinə getməkdən çəkindirdi - "Bu, dəhşətli olar"

11:27

"O, Braziliya prezidentindən çox təzyiqlə üzləşsə də..."

11:08

Avropa Liqası: Azərbaycan millisi Rumıniya ilə üz-üzə

10:49

Oblak karyerasını İtaliya nəhəngində davam etdirə bilər - SON DURUM

10:11

Mourinyunun ilk qurbanı bilindi - Rəhbərlikdən bu ulduzun satılmasını istədi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

DÇ-2026: Kanada Bosniya və Herseqovina ilə qarşılaşır

09:00

"Liverpul"un oyunçusu millinin heyətindən kənarlaşdırıldı - SƏBƏB

07:56

DÇ-2026: Çexiya koreyalılarla bacarmadı

02:40

Dünya çempionatları tarixində hələ belə hadisə olmamışdı

02:22

Meksika millisi hələ belə qələbə görməmişdi

01:29

Bernardu Silvanın "Real"la münasibətləri nə vaxt rəsmiləşdirəcəyi bilindi

01:03

DÇ-2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

11 İyun 2026
23:57

Roma Papası "Real"ın fəxri üzvü oldu

23:49

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

23:21

PSJ onun üçün 100 milyon avronu gözə aldı

22:55

"Liverpul" onu 80 milyon avroya transfer edə bilər

22:12

Levandovski əl yelləmək üçün Türkiyə nəhəngindən milyonlar istədi

21:31

Amin Seydiyev karyerasını "Zirə"də davam etdirəcək

21:03

"Lill"in fransalı vingeri "Sabah"da

20:38

DÇ-2026: Mundialın açılış matçında Meksika və CAR üz-üzə gəlir

20:13

UEFA somalili hakimə belə dəstək oldu

19:38

Azərbaycan Badminton Federasiyası RBF-ni idman ləvazimatları ilə təmin etdi

19:04

Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli oldu

18:52

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat aldı

18:07

"Qarabağ" klubunun İdarə Heyətinin iclası keçirildi

17:48

Azərbaycan millisinin hücumçusu əməliyyat edildi

17:23

"Şamaxı" heyətinə daha bir futbolçu qatdı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X