20 yaşadək qızlar (U-20) arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edən Azərbaycan milli komandasının üzvü Vlada Kavtunova yarışda fərqlənən oyunçular sırasında yer alıb.
Fanat.Az xəbər verir ki, yığmamızın liberosu 3-7 yanvar tarixlərində Litvanın Şaulyay şəhərində təşkil olunmuş çempionatda komandamızın heyətində ən yaxşı oyunçu seçilib.
O, təşkilat komitəsi tərəfindən mükafatlandırılıb.