"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann klub tarixinin ən yaxşı bombardiri olmasından danışıb.
Fanat.Az xəbər verir ki, İspaniya Superkubokunun dünən baş tutan yarımfinal matçında - "Real Madrid"ə 3:5 hesabı ilə uduzduqları oyunda qol vuraraq rekorda imza atan Antuanın dediklərini "Marca" belə çatdırıb:
"Bu, mənim üçün qeyri-adi bir şeydir. Klub tarixinin ən yaxşı bombardiri olmaq qürur mənbəyidir".
Xatırladaq ki, Qrizmann vurduğu qolların sayını 174-ə çatdıraraq Luis Araqonesin rekordunu yeniləyib.