Afrika Millətlər Kuboku üçün Fil Dişi sahilinə uçan Qambiya millisi xoşagəlməz hadisə ilə üzləşib.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Sane Malanq sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.
Mənbənin məlumatına görə, təyyarənin salonda oksigen çatışmazlığı səbəbindən bir neçə futbolçu huşunu itirib. Bu, hava gəmisinin kiçik olması ilə əlaqələndirilib.
İki futbolçunun yaşadıqları şokdan hələ də çıxmadığı iddia edilir.
Nəticədə pilotlar təyyarəni bütün nümayəndə heyəti ilə birlikdə Qambiyaya qaytarmalı olublar.
Qeyd edək ki, Afrika Millətlər Kuboku yanvarın 14-də start götürəcək.
Mirağa