10:05 19.02.2024 903

“Neftçi” ilə “Sabah”dan vacib qələbə – Tura baxış

Misli Premyer Liqasının XIII turunda “Qarabağ”ın “Qəbələ” ilə qarşılaşması təxirə salınmışdı. Səbəb isə “köhlən atlar”ın “Braqa” ilə cavab görüşünə daha yaxşı hazırlaşmasıdır. “Qarabağ”ın oynamadığı turda “Sabah”la “Neftçi” vacib qələbə qazandı. “Sumqayıt” “Turan Tovuz”la oyunda xal itirsə də, 2-ci pillədəki yerini qorumağı bacardı.

“Sabah” – “Kəpəz” 3:2
Qollar:
Kahim Parris, 38. Cesse Sekidika, 55. Kristian Da Silva, 79 - Martins Junior, 6. Amil Yunanov, 84.
“Sabah”: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 15. Kristian da Silva, 14. İshak Belfodil, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 28. Kahim Parris
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 6. Abdulax Xaybulayev, 40. Rauf Rüstəmli, 25. Hüseyn Məmmədzadə, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 18. Davit Volkov, 19. Emmanuel Apeh, 3. Con İrasabal
Məşqçi: Ruslan Qafitullin
“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 88. Şakir Seyidov, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane
Baş məşqçi: Adil Şükürov

Turun ilk oyun günü xeyli məhsuldar alındı. Açılış qarşılaşmasında “Sabah” doğma meydanda “Kəpəz”i qəbul etdi və bu oyunda qapılara 5 qol vuruldu. 90 dəqiqənin gedişatı azarkeşləri həyacanda saxladı, izləyicilər qapılara vurulan baxımlı qollardan həzz aldılar. Junior artıq görüşün 6-cı dəqiqəsində “Sabah”ın müdafiəsindəki boşluğu yaxşı dəyərləndirdi. Hesab açıldıqdan sonra “Sabah” təzyiqi bir qədər də artırsa da, “Kəpəz” müdafiədə səliqəli oynayaraq rəqibin hücumlarını qarşısını almağı bacarırdı. Amma səviyyə fərqinin gec-tez özünü göstərəcəyi gözlənilən idi. Xüsusiylə də “Sabah”ın heyətində Belfodil digərlərindən fərqlənir, tez-tez gəncəli azarkeşləri həyacanlandırırdı. Onun çoxsaylı cəhdləri yetərsiz qalınca səhnəyə Parris çıxdı və baxımlı zərbəylə hesabı bərabərləşdirdi. 55-ci dəqiqədə “Sabah” hesabda önə də keçdi. Sekidika qarşısıalınmaz zərbəylə adını tabloya yazdırdı. 
Daha rahat oynamağa başlayan “Sabah” Kristian Da Silvanın sayəsində 79-cu dəqiqədə daha bir qol vurdu. Beş dəqiqə sonra Amil Yunanov hesab arasındakı fərqi yenidən minimuma endirdi. Küncə zərbəsindən havalandırılan topa yaxşı toxunan hücumçu intiriqanın yenidən dirilməsinə yardımçı oldu. Bundan artığına “Kəpəz”in gücü çatmadı. 31 xallı “Sabah” 7-ci pillədə qərarlaşsa da, mükafatçılardan xal baxımından çox da uzaqda deyil. 20 xallı “Kəpəz” isə 9-cı sıradakı yerini qoruyur.

“Səbail” – “Araz-Naxçıvan” 2:2
Qollar:
Aleksandr Ramalinqom, 13; 61 - Orxan Əliyev, 31; 35.
“Səbail”: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 77. Ayub Masika, 3. Silven Deslandes, 7. Madi Keta, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 10. Orxan Əliyev (k), 39. Tural Bayramlı, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 19. Aksel Nqando, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 7. Nicat Süleymanov, 17. İldar Ələkbərov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 29. Vanderson Melo, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.

“ASCO Arena”dakı görüş də xeyli məhsuldar alındı. Bununla belə qalibi müəyyənləşdirmək mümkün olmadı. “Səbail”lə “Araz Naxçıvan” hərəyə iki qol vurub, meydandan bir xalla ayrıldılar. Ramalinqom artıq 13-cü dəqiqədə adını tabloya yazdırmaqla “Səbail”i hesabda önə çıxardı. Çoxları düşünürdü ki, meydan sahibləri bu hesabı qoruyaraq fasiləyə öndə yollanacaqlar. Amma son günlər adından söz etdirməyi bacaran Orxan Əliyev qısa müddətdə hesabı qonaqların xeyrinə dəyişdirə bildi. Onun 31 və 35-ci dəqiqələrdə vurduğu qollar “Səbail” üçün vəziyyəti 180 dərəcə dəyişdirdi. Maraqlıdır ki, “Səbail”in də ikinci qolunu Ramalinqom vurdu. Bir sözlə 4 qolun vurulduğu görüşün müqəddaratını hər komandanın heyətindən bir futbolçu həll etdi.
Ümumi oyun səviyyəsinə baxdıqda 1 xalın tərəflərin hər ikisi üçün ədalətli olduğunu deyə bilərik. Heç də təsadüfi deyil ki, “Səbail”lə “Araz Naxçıvan”ın topladığı xallar da eynidir. Hər iki komanda 23 tur ərzində 31 xal toplayıblar. Bayıl təmsilçisi 5-ci, “Araz Naxçıvan” isə 6-cı pilləni tutur.

“Sumqayıt” – “Turan Tovuz” 0:0 
“Sumqayıt”:
1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 60. Tresor Mossi
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 10. Kamran Aliev, 9. Erik Sorqa
“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. İsmayıl Zülfüqarlı, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 11. Ayxan Quseynov, 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 8. Fərid Yusifli, 33. Eltun Turabov, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi, 80. Otto Con
Sumqayıtda “Neftçi”nin gəlişinə təsadüf edən stadion açılışı zamanı yaşanan bayram əhval-ruhiyyəsindən “Turan Tovuz”la oyunda əsər-əlamət qalmamışdı. Protokola əsasən görüşü 1300 azarkeşin tribunadan izlədiyini deyə bilərik. Bu da Sumqayıt boyda şəhərə, onun futbol ənənələrinə yaraşan deyil. Amma “Sumqayıt”ın sərgilədiyi oyunu göz önünə gətirəndə azarkeşləri qınamaq olmaz. Meydandakı komandaların hər iki 90 dəqiqəni uduzmamaq üçün oynadılar. Düzdür, müəyyən mənada qonaqlar bir qədər üstün görünürdülər. Bunu da ayrı-ayrı epizodlarda görmək mümkün idi. Bütövlükdə 90 dəqiqə ərzində isə hansısa komandanın qol vurmaq həvəsiylə alışıb-yandığını demək olmaz.
Qolsuz heç-heçədən sonra “Sumqayıt”la “Turan Tovuz”un aktivinə bir xal yazıldı. 36 xallı “Sumqayıt” 2-ci pilləni qorumağı bacardı. 30 xalı olan Ayxan Abbasovun komandası isə səkkizinci pillədə qərarlaşıb.

“Neftçi” – “Zirə” 1:0
Qol:
Ervin Koffi, 11.
“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 20. Alfa Konte
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 77. Yeqor Boqomolski
Baş məşqçi: Miodraq Bojoviç
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 55. Ramin Abdullayev, 87. İlqar Əhmədov, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov

“Neftçi Arena”da keçirilən görüşün taleyini bir qol  həll etdi. Həmin qolu da 11-ci dəqiqədə Ervin Koffi gözəl zərbə ilə “Zirə”nin qapısından keçirdi. “Zirə”nun futbolçuları iki dəfə “Neftçi”nin qapısına yol tapsalar da, hər iki epizodda Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası qayda pozuntusu qeydə aldılar. Bu yerdə onu da qeyd edək ki, qəsəbə təmsilçisinin qələbəsiz oyunlar seriyası 9-a çatdı. Həmin 9 oyunun səkkizində “Zirə”nin rəqib qapılarına qol vura bilmədiyini də xatırlayanda Rəşad Sadıqovun komandasının “qara zolaq”da olduğunu demək mümkündür. Maraqlıdır ki, bu “qara zolaq” elə “Neftçi” ilə 15-ci turun oyununda başlamışdı.
Bu qarşılaşmada qazanılan 3 xal “Neftçi” üçün xüsusiylə əhəmiyyətli oldu. Azarkeşlərini qələbə ilə sevindirən “ağ-qaralar” 2-ci pillədəki “Sumqayıt”la fərqi 1 xala endirməyi bacardı. Qeyd edək ki, “Neftçi”nin akitivində 35 xal var. 32 xallı “Zirə” isə 4-cü pillədədir və mükafatçılar sırasına düşmək ümidlərini hələ də qoruyur.
Qeyd edək ki, turun “Qəbələ” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

13:42

Arif Əsədov "Sabah" - "KuPS" oyunu ilə bağlı iddialı proqnoz verdi

Facebookdan bizi izləməyi unutmayın.
X