Azərbaycan millisinin yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə Albaniya mətbuatı məlumat yayıb.
"Pambleti.net"-in xəbərinə görə, yığmamız bu ölkənin komandası ilə qarşılaşacaq.
Görüş iyunun 7-nə planlaşdırılıb. Avstriyanın Qrats şəhərində baş tutacaq matç yerli vaxtla saat 20.45-də start götürəcək. Bu, AÇ-2024-də çıxış edəcək albanların son yoldaşlıq oyunu olacaq.
Qeyd edək ki, Albaniya yığması AÇ-2024-ün B qrupunda İspaniya, Xorvatiya və İtaliya ilə oynayacaq. Albanlar ilk matçlarında iyunun 15-də İtaliyaya ilə qarşılaşacaq.