19:52 10.03.2024 2466

“Qarabağ”la “Turan Tovuz”dan inamlı qələbə

Bu gün Misli Premyer Liqasında XXVI tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun sonuncu günündə iki görüş baş tutub.

Əvvəlcə "Turan Tovuz" doğma meydanda "Araz-Naxçıvan"ı sınağa çəkib. Turnir cədvəlində bir xal fərqlə 7-8-ci yerlərdə qərarlaşan komandaların duelində qələbə hər iki tərəfə avrokubok iddiasını davam etdirməyə imkan verəcəkdi. Tovuzda iki gün ərzində keçirilən ikinci Premyer Liqa matçını mingəçevirli referi Rəşad Əhmədov idarə edib. Oyun meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Günə, həmçinin tura Tofiq Bəhramov adına Respublika Stadionunda yekun vurulub. Lider "Qarabağ" "Zirə"ni qəbul edib. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv növbəti qələbəsini qazansa, ən yaxın izləyicisi ilə xal fərqini 24-ə çatdıracaqdı. "Zirə" matçdan ən azı bir xal qoparmağa çalışsa da, istəyinə çata bilməyib. Bu oyunda da meydan sahibləri inamlı qələbəyə seviniblər. 

Qeyd edək ki, turun digər oyunlarında "Sumqayıt" "Səbail"i səfərdə 1:0, "Sabah" "Qəbələ"ni evdə 2:1 hesabı ilə məğlub edib, bol qollu "Kəpəz" - "Neftçi" matçında isə qalib müəyyənləşməyib - 3:3.

Misli Premyer Liqası
XXVI tur
10 mart 

“Turan Tovuz” – “Araz-Naxçıvan” 2:0 
Qollar:
Aleks Souza, 78, 80.
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu

Turan Tovuz: 13. Aydın Bayramov, 14. Slavik Alxasov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 97. Sadiq Şəfiyev, 80. Otto Con, 21. Aleks Souza.
Baş məşqçi: Ayxan Abbasov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike.
Baş məşqçi: Azər Bağırov.

“Qarabağ”– “Zirə” 3:1
Qollar: Nəriman Axundzadə, 43. Riçard Almeyda, 77-pen. Adama Diakabi, 81 - Sezar Meza Kolli, 79.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Nəriman Axundov
Tofiq Bəhramov adına Respublika Stadionu

Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 6. Julio Romao
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 66. Patrik Andrade, 7. Yassin Benzia, 19. Redon Cica, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov

Zirə: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 99. Nazim Həsənzadə, 55. Ramin Abdullayev, 24. Sezar Meza Kolli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyun 2026
00:48

"Real Madrid" onun üçün 150 milyon ödəyəcək?

00:14

"Şəfa" kapitanı ilə bağlı son qərarını verdi

08 İyun 2026
23:50

"Şəfa" daha 6 futbolçusu ilə vidalaşdı - ADLAR

23:07

"Şamaxı"nın yay hazırlıq planı müəyyənləşdi

22:36

Ayxan Abbasov San Marino ilə matçdan əvvəl nə danışdı?

22:03

Füzuli Məmmədov "Şahdağ Qusar"da - RƏSMİ

21:49

Azərbaycan və Serbiya idman sahəsində əməkdaşlığı genişləndirəcək

21:18

Küveyt millisi Çövkən üzrə Dünya Çempionatında ilk qələbəsini qazanıb

20:48

"Real Madrid"in "toxunulmaz"ı komandanı tərk edəcək?

20:04

İngiltərə nəhəngi Tonali üçün 80 milyonu gözdən çıxardı

19:53

PSJ-dən "Real Madrid"ə sərt cavab

19:14

Maquayr MY-dən ayrılır?

18:41

Tatyana AÇ-də iştirak edəcək

18:10

"Şəfa"nın yeni mövsüm üçün hazırlıq planı bilindi

17:50

Skott İngiltərə nəhənginə keçmək üzrədir

17:33

Azərbaycanın kişi tennisçilərdən ibarət yığması "Davis Cup"da mübarizə aparacaq

17:12

"Şamaxı" heyətinə yeni futbolçu cəlb etdi

16:53

Robin van Persinin yerinə iki əsas namizəd var

16:35

Azərbaycan gimnastları "AGF Trophy" və dünya kubokunda 3 "qızıl" qazandılar

16:18

"Kəpəz"dən ayrılacaq oyunçulardan biri dəqiqləşdi

16:00

FİFA prezidenti meydanda huşunu itirən milli üzvündən danışdı

15:42

Azarkeşləri Roma klubuna qarşı boykota başladı

15:24

"Real Madrid" iki yeni futbolçu ilə müqavilə bağladı

15:05

Kilian Mbappe DÇ-2026-nın bombardirinin kim olacağını dedi

14:47

Türkiyə nəhəngi İspaniyadan bombardir gətirir - Danışıqlar başladı

14:28

"Şəfa"nın kapitanının aqibətinə bu gün aydınlıq gələcək

14:10

Nesta "Milan"ın ÇL-dən kənarda qalmasının günahkarlarını açıqladı

13:51

Kukurelya rəhbərlikdən satışa çıxarılmasını xahiş etdi

13:32

AMADA Müşahidə Şurasının iclası keçirildi

13:14

"Sabah"ın sabiq baş məşqçisi klubsuz qaldı

12:54

Azərbaycanlı stolüstü tennisçi beynəlxalq turnirdə 3-cü oldu

12:28

Bakı klubunda istefalar: Üç rəsmi şəxs postundan ayrıldı

12:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:50

"Şəfa" ilk transferini reallaşdırdı

11:31

Ronald Arauxo Uruqvay millisinin düşərgəsini tərk edərək Barselonaya qayıtdı

11:10

İtaliya Krit adasından qalib döndü, Xorvatiyadan minimal üstünlük - Oyunlar

10:49

Van Persi postundan qovuldu

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:51

Aziz Yıldırım 8 il sonra "Fənərbağça"ya döndü

09:30

"Real Madrid"də prezident seçkisinin nəticəsi rəsmən açıqlandı - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X