"Portu"nun kapitanı Pepe Çempionlar Liqasının tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, 41 yaşlı müdafiəçi buna 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Arsenal”a qarşı oynamaqla nail olub.
"Opta"nın məlumatına görə, portuqaliyalı futbolçu Çempionlar Liqasında oynamış ən yaşlı meydan oyunçusu olub.
Ondan əvvəl yalnız dörd qapıçı daha artıq yaşla meydana çıxıb. Bunlar Mark Şvartser (2014-cü ildə 41 yaş), Aleksandr Şovkovski (2016-cı ildə 41), Canluici Buffon (2020-ci ildə 42) və Marko Ballottadır (2007-cı ildə 43).