23:11 08.02.2025 394

Zaqrebdə daha 2 medal

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turniri yekunlaşmaq üzrədir.

Fanat.Az xəbər verir ki, bu gün daha 7 güləşçimiz “Zaqreb Open”də mübarizə aparıb.

Qadın güləşində 57 kq-da cəmi 2 iştirakçı yer aldığı üçün Jalə Əliyeva birbaşa finalda güləşib. Həmyerlimizin amerikalı Cakarra Vinçesterlə görüşü dramatik alınıb. İlk hissədən sonra 0:7 hesabıyla geridə olan Əliyeva əzmkarlıq nümayiş etdirərək fərqi 3 xala endirib. Jalə son anda 4 xallıq fəndi icra etsə də, hakimlər vaxtın bitdiyini əsas gətirərək həmin fəndi qeydə almayıb. Beləliklə, rəqibinə 4:7 hesabıyla məğlub olan Əliyeva gümüş medalla kifayətlənib.

Böyüklər arasında debüt edən Zəhra Kərimzadə (72 kq) dairəvi sistem üzrə baş tutan mübarizədə fransalı Paulin Lekarpenyeyə (0:3), xorvatiyalı Veronika Vilkə (2:6), amerikalı Skilar Grota (0:10) və macarıstanlı Noemi Naqiyə (1:10) uduzub.

Yunan-Roma güləşi üzrə 77 kq-da 3 təmsilçimiz xalçaya çıxıb. Ölkə çempionu Davud Məmmədov debütdə moldovalı Aleksandru Soloveyə 0:3 hesabıyla məğlub olub. Daha təcrübəli Xasay Həsənlli 1/8 finalda rusiyalı Sergey Stepanova minimal fərqlə yenilib – 6:7. Bu çəkidə millinin lideri sayılan Sənan Süleymanov serbiyalı Aleksa İliçə sonuncu xal prinsipinə əsasən (1:1), macarıstanlı Robert Frişə isə 7:1 hesabıyla qalib gəlib. Ancaq 1/4 finalda Stepanovla bacarmayıb – 0:4. Sergey finala yüksəldiyi üçün güləşçilərimiz təsəlliverici görüşə vəsiqə qazanıb. Xasay ilk təsəlliverici görüşdə finlandiyalı Conni Sarkkinenə tam üstünlüklə (14:5) qalib gəlib. Ancaq daha təcrübəli Süleymanov Həsənlini vaxtından əvvəl məğlub edib – 8:0. Sənan bürünc medal uğrunda rusiyalı Sergey Kutuzovla güləşib və 1:3 hesabıyla uduzub.

İslam Abbasov (87 kq) özbəkistanlı Jalqasbay Berdimuratovu 4:3 hesabıyla, macarıstanlı İştvan Takaçı isə sonuncu xal prinsipinə əsasən (3:3) mübarizədən kənarlaşdırıb. 1/4 finalda danimarkalı Turpal Ali Bisultanova 0:4 hesabıyla məğlub olan Abbasov qazaxıstanlı İslam Yevloyev təsəlliverici görüşdə iştirak etmədiyi birbaşa bürünc medal uğrunda güləşmək hüququ əldə edib. İslam axşam seansında rusiyalı Milad Alirzayevlə mübarizə aparıb. Qarşılaşmanın əvvəllərində 0:5 hesabıyla geri düşən Abbasov geridönüş edib və sonuncu xal prinsipinə əsasən (5:5) bürünc medala sahib çıxıb.

Bu çəkidəki digər təmsilçimiz Rafiq Hüseynov ilk mərhələdə serbiyalı Aleksandr Komarova 3:5 hesabıyla məğlub olub.

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2026
16:01

Türkiyə klubu çempionatda iştirakdan imtina etdi

15:43

Yardımlıda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək

15:25

Xilberto Mora mundialların tarixinə düşdü

15:07

"Böyük qələbələrimiz çox olub, amma heç biri indiki ilə müqayisə oluna bilməz" - Meksika millisinin baş məşqçisi

14:49

PFL 2025/26 mövsümünün hesabatını açıqlandı

14:31

"Qarabağ"ın "Vestri" ilə hər iki oyununa hakim təyinatları bilindi

14:13

Holand Norveçin Braziliyanı məğlub edəcəynə inanmır

13:55

"Liverpul" mərkəz müdafiəçisini heyətinə qatdı - RƏSMİ

13:37

"Qarabağ"ın AL oyunlarını yayımlayacaq kanal dəyişdi

13:18

"Fransa qələbəni tam şəkildə haqq edirdi" - Qrem Potter

13:00

Ronald Kumanın yerini digər məşhur həmyerlisi tuta bilər

12:42

AFFA nümayəndəsinə UEFA-dan təyinat gəldi

12:23

Dünya çempionatında növbəti baş məşqçi istefası reallaşdı

12:04

Yamalı dünya çempionatında heyran edən futbolçu kimdir? - "Vurduğu qollar bir kənara, əla oynayır"

11:46

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:31

"Reallıq sizi bir anda göydən yerə endirə bilər" - Deşam Paraqvaydan çəkinir

11:10

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:50

Meksika - Ekvador matçının ən yaxşı oyunçusu bəlli oldu

10:29

DÇ-2026: İngiltərə növbəti sınağına çıxır, Belçika Seneqala qarşı

10:07

"Qarabağ" Avstriya hazırlığını bu gün 2 oyunla tamamlayır

09:46

Fransa - İsveç oyununun ən yaxşısı bilindi

09:23

Fransa millisinin baş məşqçisi Mbappenin qarşısında baş əydi - FOTO

09:00

DÇ-2026: Meksika inamlı qələbə ilə növbəti mərhələdə

03:18

Kilian Mbappe Messiyə çatdı

02:57

DÇ-2026: Mbappe dubl etdi, Fransa yığması 1/8 finala darmadağınla yüksəldi

02:32

Niderland millisində Ronald Kuman dövrü rəsmi olaraq bitdi

02:02

Fil Dişi Sahili - Norveç matçının ən yaxşı oyunçusu məlum oldu

01:34

Dünya futbolunda Holand kimisi olmamışdı

01:10

"Onların həm çəkdikləri əziyyəti, həm yaşadıqları sevinci görəndə..." - Norveç yığmasının baş məşqçisi

00:55

"Təəssüf ki, sona yaxın qapımıza vurulan qol yekun nəticəni müəyyənləşdirdi" - Emers Fae

00:42

Vinisius Madridi tərk edir, yerini o ulduz dolduracaq

30 İyun 2026
23:57

Dünya çempionatında hələ belə rəzalət olmamışdı

23:02

DÇ-2026: Norveç millisi 1/8 finalda

22:41

"Nə baş məşqçi günahkardır, nə mətbuat, nə də rəqib" - Yozua Kimmix

22:12

Fərid Qayıbov "UFC Fight Night"da çıxış edən azərbaycanlılarla görüşdü

21:42

Azərbaycanın basketbol hakimləri Avropa çempionatlarına təyinat alıblar

21:14

"İnter" daha 3 "qoca"nı yola saldı - RƏSMİ

20:47

"Zirə" Türkiyə təmsilçisinə məğlub oldu

20:31

“Neftçi”nin rəsmi mağazasında rekord satış

20:16

DÇ-2026: Fransa millisi İsveçlə üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X