22:08 09.03.2025 462

"İmişlı" bəyanat yaydı

1-ci Liqada çıxış edən “İmişli” bəyanat yayıb.

Fanat.Az xəbər verir ki, Aran təmsilçisinin rəhbərliyi son günlərdə mətbuatda yayılan xəbərlərlə əlaqədar klubun mövqeyini açıqlayıb:

“Hörmətli ictimaiyyət və dəyərli “İmişli” PFK azarkeşləri! Son zamanlar müəyyən mətbuat orqanlarında və sosial mediada “İmişli” PFK haqqında bir neçə həqiqəti əks etdirməyən, silsilə məlumatlar paylaşılmış və çap etdirilmişdir. Ən son olaraq isə “Mingəçevir” FK ilə keçirilmiş oyundan sonra müəyyən KİV-lərdə “İmişli”nin Premyer Liqada oynamaqdan imtina etməsi ilə bağlı yalan, heç bir əsası olmayan və təəssüfedici məlumatlar dərc edilmişdir. Dəyərli ictimaiyyət! Əziz azarkeşlərimiz! Klub olaraq, rəhbərlik, məşqçilər korpusu, futbolçu heyəti və bütün işçi qrupu məhz bu mövsüm üçün Misli Premyer Liqasına yüksəlmək üçün əlimizdən gələni etdiyimizə və sona qədər mübarizə aparacağımıza dair sizə zəmanət veririk. “İmişli” PFK hər bir oyuna yalnız qələbə qazanmaq üçün çıxır və sizləri əmin edə bilərik ki, bu daim yalnız və yalnız belə olacaqdır. Onu da nəzərinizə çatdırmaq istərdik ki, keçən futbol mövsümü Premyer Liqa lisenziyasını təmin etmiş və bu mövsüm I liqada çıxış edən yalnız iki klubdan biriyik. Bu mövsüm də lisenziya alınması istiqamətində ciddi işlər gedir və lisenziyanı əldə edəcəyimizə əminik. Eyni zamanda sizlərə bildirmək istərdik ki, son turdakı oyunda baş verənlərlə bağlı peşəkar araşdırılmanın aparılması ilə bağlı AFFA baş katibliyinə, Hakimlər komitəsinə və PFL-ə rəsmi müraciətlər edilmişdir. Bu məsələ klub rəhbərliyinin tam diqqətindədir. “İmişli” Peşəkar Futbol Klubu hər zaman ictimaiyyətə kifayət qədər açıq olmuş və bundan sonra da belə olacaqdır. Buna heç kəsin şübhəsi olmasın. Uzun fasilədən sonra böyük futbolu İmişliyə qaytaracağımıza bizi dəstəkləyənlərin və azarkeşlərimizin heç şübhəsi olmasın. Aran zonasını 2025-26-cı ildən etibarən Misli Premyer Liqasında ən yüksək şəkildə təmsil edə bilməyimiz yalnız siz ictimaiyyətin və dəyərli azarkeşlərimizin sona qədər dəstəyi ilə mümkün olacaqdır. Sizləri yalnız rəsmi bəyanatlara inanmağa çağırırıq. Biz birlikdə güclüyük!”

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Oktyabr 2026
09:25

Jezuş Ronaldu ilə bağlı qərarını qətiləşdirdi

09:00

Millətlər Liqası: Türkiyə İtaliya səfərində, Fransa Belçikaya qarşı

00:59

Millətlər Liqası: Portuqaliyadan əzmkar qələbə, Almaniya xal itirdi

04 Oktyabr 2026
23:49

Hamı "Real"a keçəcəyini gözləyirdi, amma...

22:53

Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar

22:12

Əhməd Yusifov dünya çempionu oldu

21:47

Premyer Liqada 60 milyonluq transfer bombası

21:13

"Liverpul" onun üçün hərəkətə keçdi

20:43

İngiltərə nəhəngindən 55 milyonluq həmlə

20:10

Kataloniya klubundan azarkeşlərə müjdə

19:37

Ayxan Abbasov Litva üzərində qələbəni belə şərh etdi

19:23

Litvanın baş məşqçisi Yankauskas millimizlə oyun barədə nə dedi?

18:56

Millətlər Liqası: Azərbaycan Litvanı məğlub etdi

18:18

Premyer Liqa klubları Kolumbiyaya skaut göndərdi

17:13

Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

16:59

2-ci Liqa: "Şirvan evdə, "Marafon" səfərdə büdrədi

16:59

Ən çox maaş alan milli komanda məşqçiləri açıqlandı - Son dünya çempionları ilk "3-lüy"ə düşmədi

16:10

Dünya çempionu Londonu tərk edir, İngiltərəni yox

15:58

İngiltərədə ən yaxşı seçilən alman futbolçu Ronaldunun rekordunu yenilədi

15:30

"Çelsi" Virtsi istəyir

14:53

Dyökereş heç kimin bacarmadığını reallaşdırdı

14:27

Saka 7:0-ı şərh etdi: "Əyləncəli idi"

13:53

Üç cüdoçumuz 1/8 finala yüksəlib

13:20

"Liverpul" Van Deykin varisini tapdı

12:45

Azərbaycan millisi FİFA-nın reytinqində 3 pillə gerilədi

12:17

Dünyanın ən yaxşı qapıçısı bilindi: Kurtua ikinci, Noyer onuncudur

11:53

Keyn İngiltərə millisinin tarixinə düşdü

11:20

Dünya çempionatı: Azərbaycanın 4 cüdoçusu mübarizəyə başlayır

10:51

Günün oyunları bu kanallarda - AFİŞA

10:13

Millətlər Liqası: 4-cü tur 8 oyunla start götürür

09:47

2-ci Liqa: "Şirvan" zirvə savaşına, "Marafon" səfər sınağına çıxır

09:00

Millətlər Liqası: Azərbaycan millisi Litvaya qarşı

01:45

Millətlər Liqası: İngiltərə Xorvatiyanı meydana çıxdığına peşman etdi

00:29

Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər

03 Oktyabr 2026
23:13

"Barselona"nın yeni "9 nömrə" planı

22:47

Əsas sponsorun açıqlaması klubu çətinə saldı

22:10

"Liverpul"un ulduzu İspaniyaya köçür

21:58

"Fənərbağça" "Turan Tovuz"u məğlub etdi

21:17

"Etihad" dünyanın ən qorxulu hüquq şirkəti ilə müqavilə bağladı

20:39

"Şəfa" - "İmişli" matçında qalib müəyyənləşmədi

Facebookdan bizi izləməyi unutmayın.
X