17:21 06.08.2025 1973

"Qarabağ"ın bu mərhələni keçmək şansı..." - Aslan Kərimov

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Şkendiya"nın qonağı olan "Qarabağ" Azərbaycana 1:0 hesablı qələbə ilə qayıtdı. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb Skopyedəki oyunla bağlı fikirlərini bölüşməsini və təmsilçimizin mərhələ adlamaq şanslarını dəyərləndirməsini xahiş etdik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Şkendiya"nın Rumıniya təmsilçisi FCSB-ni mübarizədən kənarlaşdırdıqdan sonra eyforiyaya qapıldığını düşünmürəm. "Qarabağ"da Şimali Makedoniyadan olan bir neçə futbolçu oynayıb. Rəqibin təmsilçimizin oyunlarını izlədiyinə, komandamızı təhlil etdiklərinə əminəm. Elə Azərbaycan çempionunu yaxından tanıyan şimali makedoniyalıların da "Şkendiya"nı məlumatlandırdıqlarını güman edirəm. Yəqin ki, soruşub maraqlanıblar. Hiss olunurdu ki, bizimkilər barədə yaxşı bilgi toplayıblar. 

FCSB-yə qarşı da belə oynamışdılar. Sadəcə, Rumıniya komandası ilə matçlarda müəyyən epizodlarda qol vurmağı bacardılar. FCSB-nin müdafiə xətti bir qədər etibarlı deyildi. Bunu Buxarestdə baş tutan ikinci oyunda da gördük. Həmin qarşılaşmada meydan sahibləri hücuma atılarkən "Şkendiya"ya çox sayda boşluqlar verirdi. "Qarabağ" isə bu işin öhdəsindən gəlməyi bacardı. Düzdür, matçın başlanğıcında meydan sahibləri təzyiq etməyə çalışdılar, ancaq onlar da başa düşürdülər ki, açıq futbol sərgiləmək olmaz. Oyun ərzində "Şkendiya"nın hücumları zamanı uzağı 2-3 oyunçu "Qarabağ"ın cərimə meydançasına girirdi ki, bu da başadüşülən idi. Rəqib azlıqda yaxalanmaqdan ehtiyat edir, böyük qüvvə ilə irəli atılmırdı. Rəqibin iki qaradərili oyunçusu diqqətimi çəkdi. Dayaq yarımmüdafiəçisi və Toral Bayramovun üstünə düşən cinah yarımmüdafiəçisi özlərini yaxşı tərəfdən göstərdilər. Hər ikisi sürətli futbolçular idi. Təbii ki, təcrübəli kapitanlarını da vurğulamalıyıq. Bir qədər ləng olsa da, çox texnikalı, yaxşı oyun zəkası olan futbolçudur. 

"Qarabağ" Skopyedə dominant futbol oynamağı bacardı. Təmsilçimiz ilk yarım saatda belə demək mümkündürsə, mərkəzi ələ almışdı. Rəqibin topla çox oynamasına imkan vermədilər. Yarımmüdafiə xəttimiz "Şkendiya"nın yarımmüdafiə xəttini üstələyə bilirdi və bunun da sayəsində onların kəsərli həmlələr təşkil etməsinə mane olur, topu ələ keçirən zaman təhlükə yarada bilirdik. "Qarabağ"ın ön xətt oyunçularının yaxşı pressinq tətbiq etdiklərini də qeyd etməliyik. Məsələn, Nəriman Axundzadə birinci hissədə bir neçə epizodda topu rəqibdən aldı və qonaqlar hücum qurdular. Nəriman qol vura bilməsə də, rəqib müdafiəsini təzyiqdə saxladı, komandasına fayda verdi. Təbii, alınmayan tərəflər də oldu. Tutaq ki, sürətli keçidlərdə o qədər də inamlı təsir bağışlamadıq. Meydanın mərkəzində yaxşı pressinq edirdik, lakin top bizdə olanda bəzi oyunçularımızın hələ də bir-birini yaxşı başa düşmədiyi sezilirdi. Özəlliklə Emmanuel Addainin çox qaçmasına, çalışmasına rəğmən, son nöqtəni qoymaq, həlledici ötürməni verməklə bağlı problemləri oldu. Ümumilikdə ilk addımımızı atmışıq, Bakıya 1:0 hesablı qələbə ilə dönmüşük. Bakıdakı matçın da eyni ssenari ilə keçəcəyini güman edirəm. Doğrudur, rəqib öz meydanında daha yaxşı oynayır, amma 0:1 hesabı ilə uduzduqlarına görə, ikinci qarşılaşmada daha çox hücum etməyə məcburdur. Bütün hallarda, "Qarabağ"ın bu mərhələni keçmək şansı həddindən artıq yüksəkdir".

Nihat  

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X