
"Barselona"nın və Polşa millisinin hücumçusu Robert Levandovski gələcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "The Touchline" 37 yaşlı futbolçunun fikirlərini belə təqdim edib:
"Mən sakitəm. Bir neçə aydan sonra hara gedəcəyimi və ya nə istədiyimi bilmirəm. Amma indi heç nəyə tələsmirəm. Gələcəyim tezliklə bəlli olacaq. Qərar təkcə idman tərəfindən deyil, həm də emosional mülahizələrdən asılı olacaq".
Levandovski DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində milli komandasının Niderland ilə 1:1 hesablı bərabərə qaldığı oyunda assistentlik edib. Polşa bazar ertəsi son matçda Malta ilə qarşılaşacaq.
Mirağa