
UEFA Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyevə növbəti dəfə etimad göstərib.
Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın mətbuat xidməti yayıb.
Xudiyev UEFA Konfrans Liqasının əsas mərhələsinin 4-cü turunda keçiriləcək "Universitatya" (Krayova, Rumıniya) – "Maynts 05" (Almaniya) oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, sözügedən matç noyabrın 27-də Krayova şəhərindəki Yon Oblemenko adına stadionda baş tutacaq.