
"Qalatasaray" prezidenti Dursun Özbek klubun gələcək planları ilə bağlı diqqətçəkən açıqlama verib.
Fanat.Az xəbər verir ki, Özbek "HT Spor"a danışarkən komandanın əsas məqsədinin UEFA Çempionlar Liqası kubokunu Türkiyəyə gətirmək olduğunu bildirib.
Özbek əlavə edib ki, "Qalatasaray" artıq yalnız Türkiyə üçün deyil, Avropa səhnəsində də ən böyük hədəflərə oynayan bir klubdur və qurulan layihənin məqsədi klubun adını hər mövsüm zirvədə saxlamaqdır. Klub rəhbərliyi həm infrastruktur, həm də komanda gücü baxımından bu yolda ciddi şəkildə irəliləməyi planlaşdırır.
Kamil Xudiyev