
"Warner Bros" Kerem Aktürkoğlu haqqında məhkəməyə müraciət edib.
Fanat.Az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, lWarner Bros Entertainment Inc", "Fənərbağça"nın futbolçu Kerem Aktürkoğlunun “Harry Potter” dünyasına aid vizual ünsürləri icazəsiz istifadə etməsi səbəbilə məhkəməyə baş vurub.
Məlumata görə, şirkət Aktürkoğlunun sosial media hesablarında paylaşdığı məzmunları da rəsmi şəkildə dosyaya daxil edib. "Warner Bros" bunun müəllif hüquqlarının pozulması olduğunu bildirərək hüquqi prosesin başladıldığını açıqlayıb.
Kamil Xudiyev