
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraesi tərifləyib.
Fanat.Az xəbər verir ki, "Euro-football" kataloniyalı mütəxəssisin mətbuat konfransında dediklərini belə təqdim edib.
"Bruno Gimaraes? O, təkcə bu mövsüm belə deyil. Uzun illərdir, "Olimpik Lion"da çıxış edəndən bəri onun xüsusi oyunçu olduğu aydın görünürdü. Düşünürəm ki, belə oyunçular mövsümdən mövsümə öz klublarında və milli komandalarında daha da yaxşılaşırlar. Mən həmişə onun istedadının böyük pərəstişkarı olmuşam".
"Mançester Siti" İngiltərə Premyer Liqasının 12-ci turunda "Nyukasl"la qarşılaşacaq. Oyun saat 21:30-da başlayacaq.