
Fransalı mərkəz müdafiəçisi Aksel Disasi "Çelsi"ni tərk etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış jurnalist Ekrem Konur yayıb.
Mənbənin məlumatına görə, qış transfer pəncərəsi ərəfəsində onunla 9 klub maraqlanır.
Başda Türkiyə çempionu "Qalatasaray" olmaqla, "Yuventus", "Fiorentina", "Borussiya Dortmund", "Monako", "Bornmut", "Vest Hem", "Kristal Pelas" və "Sevilya" Disasini heyətinə cəlb etməyə can atır.
"Çelsi"nin futbolçu üçün təkliflərə açıq olduğu bildirilir. “Mavilər” müdafiəçini 25 milyon avroya satmağa və ya icarəyə verməyə hazırdır.
Disasi bu mövsüm əsas komandanın heyətində bir dəfə də olsun meydana çıxmayıb. Fransız futbolçunun klubla müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub. "Transfermarkt" 27 yaşlı futbolçunun qiymətini 18 milyon avro dəyərləndirir.