
İtaliya "İnter"inin keçmiş futbolçusu, Belçika futbolunun ən parlaq istedadlarından biri hesab edilən Zinyo Vanhesden karyerasını 26 yaşında başa vurub.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, davamlı zədələr futbolçunu belə addım atmağa vadar edib.
Mənbə Vanhesdenin açıqlamasını belə çatdırıb:
"Son bir neçə il mənə qarşı çox qəddar oldu. Zədələr, əməliyyatlar, iynələr, dərmanlar... Sağalmaq üçün əlimdən gələni etdim, amma hər dəfə bu, getdikcə çətinləşdi. Mən həmişə futbolçu olmaq istəyirdim, amma bədənim uzun müddətdir ki, "bəsdir" deyə qışqırırdı. Özümə və sağlamlığıma hörmət etdiyim üçün futbolu tərk etməyə qərar verirəm".
Mərkəz müdafiəçisi karyerasına "Standard"da başlayıb və 16 yaşı tamam olduqdan sonra "İnter"ə keçib. O, əsas komanda üçün transfer edilsə də, səhhətindəki problemlər səbəbindən yalnız gənclər komandasında oynaya bilib.
Futbolçu Belçikanın əsas millisində 1 oyun keçirib.