
“Fənərbağça”nın hücum xəttini gücləndirmək üçün əsas hədəflərindən biri olan Aleksandr Sörlötün transferi ilə bağlı danışıqlar davam edir.
Fanat.Az xəbər verir ki, İspaniya təmsilçisi “Atletiko Madrid” norveçli hücumçunun keçidi üçün 30–35 milyon avro aralığında qiymət müəyyən edib.
Məlumatı tanınmış jurnalist Yağız Sabuncuoğlu yayıb.
29 yaşlı hücumçu son mövsümdə “Atletiko” forması ilə La Liqada parlaq çıxışı ilə diqqət çəkmiş, həm fiziki gücü, həm hava toplarındakı üstünlüyü, həm də bitiriciliyi ilə Avropa klublarının gündəminə düşmüşdü. Sörlötün özü isə “Fənərbağça”ya keçməyə müsbət yanaşdığı üçün transfer prosesinin qarşıdakı günlərdə sürətlənə biləcəyi bildirilib.
Qeyd edək ki, Sörlot bu mövsüm çıxıç etdiyi 16 matçda 2 qol və 1 asistlə fərqlənib.
Kamil Xudiyev