
Heyətini gücləndirməyi planlaşdıran “Fənərbağça”nın yeni hücum hədəfi bəlli olub.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi Super Liqada “Samsunspor” forması geyinən Antoni Musaba ilə maraqlanır.
Bu barədə məlumatı “Sabah” nəşri yayıb.
24 yaşlı hücumameyilli oyunçu bu mövsüm Super Liqada sürətli oyun tərzi, ikili mübarizələrdə çevikliyi və yaradıcılığı ilə diqqət çəkib. Musabanın “Fənərbağça” skautları tərəfindən uzun müddətdir izlənildiyi, qış transfer pəncərəsində rəsmi təklif göndəriləcəyi gözlənilir. “Samsunspor”un futbolçunun gedişi üçün münasib təklif tələb edəcəyi bildirilir.
Qeyd edək ki, bu mövsüm iştirak etdiyi 15 matçda 4 qol və 3 asistlə fərqlənən niderlandlının transfer dəyəri 1.5 milyon avro olaraq qiymətləndirilir.
Kamil Xudiyev