
Premyer Liqası təmsilçisi "Şamaxı" bu gün yoxlama oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun hazırki komandası bir müddət baş məşqçisi olduğu Azərbaycanın U-21 millisi ilə gücünü sınayacaq.
"Liv Bona Dea Arena"da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.
Qeyd edək ki, U-21 ötən gün yoxlama oyununda I Liqa klubu "Səbail"a 1:0 hesabı ilə qalib gəlib. "Şamaxı" isə daha əvvəl "Sabah"a 0:2 hesabı ilə uduzub.