
"Portu"nun hücumçusu Samu Aqexova uzun müddətlik sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, 21 yaşlı futbolçu Portuqaliya çempionatında "Sportinq"ə qarşı keçirilən oyunda ağır zədə alıb.
Ən pis qorxu təsdiqlənib: "Portu"nun Forvard ön çarpaz bağının yırtılması diaqnozu qoyulub. Buna görə də, ispan futbolçunun qarşıdan gələn dünya çempiomatında iştirakı mümkün olmayacaq.
Samu Aqexova bu mövsüm "Portu"da 32 oyuna çıxaraq 20 qol vurub. Hücumçu İspaniya millisində ümumilikdə 4 matça çıxıb.