
Kabo-Verde yığmasının təcrübəli qapıçısı Vozinya Çilinin "Kolo-Kolo" klubu ilə anlaşıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 40 yaşlı qapıçı ilə müddəti daha 1 il uzadılması şərti ilə 6 aylıq sözləşmə imzalanıb.
O, avqustun 16-da "Ohiggins"ə qarşı matçda debüt edə bilər.
Vozinya Şimali Amerikada keçirilən DÇ-2026-da göstərdiyi oyunla ölkəsinin pley-offa yüksəlməsinə böyük kömək göstərib.
Qeyd edək ki, qolkiperin son klubu Portuqaliyanın "Çaves" komandası olub. O, karyerası ərzində Anqola, Kipr, Moldova və Slovakiya çempionatlarında da özünü göstərib.
Əlisahib İbrahimli