
"Ştutqart"ın yarımmüdafiəçisi Angelo Ştiller karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az "Football Insider"ə istinadən xəbər verir ki, 25 yaşlı alman futbolçu ilə "Liverpul" və "Mançester Yunayted" maraqlanır.
Bundesliqa təmsilçisinin Ştilleri 58-65 milyon avro aralığında məbləğ qarşılığında satmağa hazır olduğu bildirilib.
Sözügedən oyunçu 2023-cü ilin avqustundan indiki klubunun uğurları üçün çalışır. Onun müqaviləsinin müddəti 2028-ci il yayına qədər nəzərdə tutulub. Angelo cari mövsüm 45 matça çıxaraq 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalı onun transfer qiymətini 45 milyon avro ilə dəyərləndirir.
Toğrul