
UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyununda üstələdiyi (3:1) Donetsk "Şaxtyor"unu dünən Londonda baş tutan cavab qarşılaşmasında da 2:1 hesabı ilə məğlub edərək finala yüksələn "Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uorton fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "TNT Sports" belə çatdırıb:
"Ab-hava inanılmaz idi. Bu matçın Londonun cənubu üçün hansı statusu daşıdığını dolu tribunalar göstərdi. Möhtəşəm duyğular yaşayıram, bunu heç vaxt unutmayacağam. 120 ildə ilk titulu ötən il əldə etdik və indi azarkeşlərimiz üçün daha bir mükafat qazanmaq istəyirik. Onlar üçün bu, hər şey deməkdir".
"Kristal Pelas" Almaniyanın Leyptsiq şəhərindəki "Red Bull Arena"da baş tutacaq finalda "Rayo Valyekano" ilə üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 27-də reallaşacaq.
Nihat