
"Sassuolo"nun müdafiəçisi Tarik Muharemoviç yay transfer pəncərəsində klubunu dəyişəcək.
Fanat.Az xəbər verir ki, məlumatı insayder Nikolo Skira yayıb.
Mənbənin məlumatına görə, lakin o, İtaliya A Seriyasında qalacaq.
"İnter" 23 yaşlı bosniyalı oyunçunun xidmətlərində maraqlıdır və artıq oyunçu ilə 2031-ci ilin yayına qədər mövsümə 2,2 milyon avro maaşla şəxsi müqaviləni razılaşdırıb. Klublar arasında danışıqlar isə davam edir. "Neradzurri" oyunçuya 2027-ci ilin qışında məcburi satın alma seçimi ilə icarə müqaviləsi təklif edir. Bu halda, "Yuventus" oyunçunun satış qiymətinin 50 faizini alacaq.
Muharemoviç bu mövsüm 32 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa