
Niderlandlı mütəxəssis Arne Slotla əməkdaşlığa son qoyan "Liverpul"un yeni baş məşqçisi bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, bu postu geridə qalan mövsümdə çalışdırdığı "Bornmut"dan ayrılan Andoni İraola tutacaq. Mənbə tərəflərin artıq razılığa gəldiyini və "Liverpul"un 43 yaşlı ispanın adını yaxın vaxtlarda ictimaiyyətə açıqlayacağını vurğulayıb.
Xatırladaq "gilənərlar" İraolanın rəhbərliyi altında 57 xal toplayaraq mövsümü İngiltərə Premyer Liqasının turnir cədvəlinin 6-cı pilləsində yekunlaşdırıblar. O, 2023-cü ilin yayından "Bornmut"un "sükanı arxası"nda idi.
Nihat