
Braziliya millisinin və "Bayern"in sabiq oyunçusu Dante Münhen nəhənginə keçib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
42 yaşlı mütəxəssis Almaniya təmsilçisinin ikinci komandasını çalışdıracaq.
"Bayern II" Almaniyanın dördüncü divizionunda çıxış edir.
Xatırladaq ki, Dante 2012-ci ildən 2015-ci ilə qədər "Bayern"də oynayıb. Braziliyalı futbolçu Münhen komandası ilə doqquz kubok qazanıb.
Dantenin son klubu Fransa "Nitsa"sı olub. Müdafiəçi ötən mövsüm Fransa təmsilçisində 12 oyun keçirib və bir sarı vərəqə alıb.