
Futbol üzrə Belçika millisinin hücumçusu Romelu Lukaku milli komandalar tarixində ən çox qol vuran 5 futbolçudan biri olub.
Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, iyunun 2-də Xorvatiya seçməsinə qarşı keçirdikləri yoldaşlıq görüşündə (2:0) meydana sonradan çıxaraq komandasının ikinci qoluna imza atan Romelu Belçikanın heyətində 125 oyunda 90-cı dəfə rəqib qapısına yol tapıb.
Lukaku bu göstərici ilə hərəyə 89 qol vuran polşalı Robert Levandovski və malayziyalı Mohtar Daharini qabaqlayıb. İlk "dördlük"də isə portuqaliyalı Kriştianu Ronaldu (143 qol), argentinalı Lionel Messi (116 qol), iranlı Əli Daei (108 qol) və hindistanlı Sunil Çetri (95 qol) mövqe tutublar.
Toğrul