Topaz Premyer Liqasında avqust ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib. Fanat.az xəbər verir ki, PFL-in rəsmi saytında keçirilmiş sorğuda AZAL-ın üzvü Con Oluremi ən yaxşı qolun müəllifi seçilib.
Yarımmüdafiəçinin IV turda "Sumqayıt"ın qapısına vurduğu qol ötən ayın ən yaxşısı olub. Amerikalı futbolçu bu gün “Fairmont Baku” mehmanxanasında təşkil olunan mərasimdə mükafatlandırılıb.
Vurduğu qolun ötürməsini Viktor İqbekoyinin verdiyini deyən Con gözəl qola imza atdığını bildirib. Son iki turda qələbə qazana bilmədiklərini xatırladan futbolçu bu durumun müvəqqəti olduğunu və vəziyyətdən çıxmaq üçün əllərindən gələni edəcəklərini deyib.