19:44 03.10.2013 954

PFL bəyanat yaydı: "Böhtandı"

Peşəkar Futbol Liqası bəyanat yayıb. Fanat.az xəbər verir ki, qurum rəhbərliyi jurnalist Natiq Muxtarlının hədələnməsindən sonra Ramin Musayevin adını hallandırmasına etiraz edib. Bəyanatı olduğu kimi təqdim edirik:

Son günlər müxtəlif KİV-lərdə idman jurnalistləri Natiq Muxtarlı və Xəyal Azəroğlu arasında şəxsi münasibətlər zəminində yaranmış qarşılıqlı tənqid və təhqirlərlə dolu olan yazılar yer alır. Türkiyənin aparıcı klublarından birinin Bakı fan-klubunun fəaliyyəti ilə bağlı yaranmış polemikadan doğan mübahisələr tərəflərin bir-birinə kəskin ittihamları ilə davam etmişdir. Sosial şəbəkələrdə bir-birinin şəxsiyyətini alçaltmaqdan, küçə söyüşləri ilə təhqir etməkdən çəkinməyən Natiq Muxtarlı və Xəyal Azəroğlunun bölüşdürə bilmədiyi fan-klub mübahisəsində üçüncü maraqlı tərəf kimi PFL-in prezidenti Ramin Musayevin adının hallandırılması isə jurnalist təxəyyülünün qərəzli münasibətindən başqa bir şey deyil.

«Ultraslan Azərbaycan» və toyuq oğruları", “Xoruz”luq etməyin, kişi olun!", "Toyuğa xoruz cavabı…" Bu, iki yazarın bir-birinə xitabən yazdığı yazıların başlıqlarıdır. Heç birində PFL, onun rəhbərliyi və ya fəaliyyəti haqqında bir kəlmə belə yoxdur. Belə olan halda Natiq Muxtarlının “…yazdıqları statuslardan, etdikləri hərəkətlərdən bəlli olur ki, bunların arxasında PFL prezidenti Ramin Musayev dayanır. Çünki mən həmişə onun fəaliyyətini tənqid edən yazılar yazıram…” iddiası nəyə əsaslanır? Və yaxud, bu yazılara nəinki münasibət bildirməyi lüzum görməyən, bu cür yazıları oxumayan Ramin Musayevin Natiq Muxtarlı və ya hər hansı bir digər şəxsə qarşı nə kimi münasibətindən söz gedə bilər?

Natiq Muxtarlı öz qələmi ilə qeyd edir ki, PFL prezidentini həmişə tənqid edir. PFL olaraq Natiq Muxtarlının bəzən hətta tənqid çərçivələrini aşan yazılarına münasibət göstərmək istəsək bunu dövlətimizin təməl dəyərlərindən olan demokratik, sivil yolla edərik. Polis orqanlarında, məhkəmədə və digər səlahiyyətli instansiyalarda öz hüququmuzu qorumağa, şər və böhtan yazılar yazmaqla ictimaiyyətin fikrini səhv istiqamətə yönəldən yazarların cavabını qanunun tələb etdiyi şəkildə verməyə həmişə hazırıq.

Yuxarıda qeyd olunan mübahisədə PFL-in prezidenti Ramin Musayevin adının hallandırılmasının, əsassız, böhtan dolu yazıların hansı məqsəd güddüyünü, Natiq Muxtarlının hansı əqidəyə, kimə qulluq etdiyini isə zaman göstərəcək. Unutmayın, yalan ayaq tutar, amma yeriməz!

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Sentyabr 2026
11:32

"Neftçi" və Brenodan rekord göstərici

11:17

Salahın keçidi Türkiyə futbolunun Avropadakı nüfuzunu daha da artırıb - Fatih Terim

10:58

Koutinyonun yeni klubu məlum oldu

10:39

Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatıldılar

10:20

Salah karyerasını Yunanıstanda davam etdirəcək

10:01

Qvardiola "Trabzonspor"a "yaşıl işıq" yandırdı

09:43

"Sabahın Ulduzları": "Zirə" ilə "Sabah"dan darmadağınlar - FOTOLAR/NƏTİCƏLƏR

09:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

"Bunu hər kəs gördü" - İsmayıl Kartal

02:51

La Liqa: "Real Betis" səfərdən 3 xalla dönür

02:04

Premyer Liqa: "Lids" darmadağına sevindi

01:47

Super Liqa: "Fənərbağça" səfərdə xal itirdi

01:17

"Barselona"nın gənc ulduzu üçün 140 milyon avro ödəyəcəklər?

00:54

A Seriyası: "İnter"dən inamlı qələbə

14 Sentyabr 2026
23:58

"Neftçi" ilə vidalaşan təcrübəli yarımmüdafiəçi karyerasını harada davam etdirəcək?

23:13

"Liverpul" ulduzunu satmır

22:32

"Şəfa” öz oyunu ilə bu çempionata xüsusi rəng qata bilib" - Zaur Həşimov

22:14

Valdas Dambrauskas "Şəfa" üzərində qələbəni belə şərh etdi

21:25

"Neftçi" Elvin Camalovla yollarını ayırdı

21:12

"Trabzonspor"da yeni baş məşqçi axtarışı

20:53

MPL: "Sabah" darmadağına sevindi

20:11

"İnter" Hakan Çalhanoğlu ilə yeni müqavilə üçün hərəkətə keçir

19:48

"Fənərbağça" Mert Müldürlə müqaviləni yeniləyir

19:11

Marselo Brozoviç "Əl-Sədd"ə transfer olundu

18:40

Super Liqa tarixində Okan Buruk kimisi olmamışdı

18:15

II Liqa: 3-cü tura yekun vuruldu

17:48

Luis Enrike: "Əvvəlki üç çempionat oyunundakından pis oynadıq, amma..."

17:29

"Euro Cup"un qalibi "Sabah"da

17:11

"Landau Lions" ÇL-də mübarizəni dayandırdı

16:53

"Neftçi"də yeni müqavilə

16:35

Məhəmməd Əlini bu etirafa məcbur edən əfsanəvi boksçu vəfat etdi

16:17

"Liverpul" Rayanı rekord məbləğ qarşılığında ala bilər

15:58

Maldini qol vurdu, xəstəxanaya düşdü

15:40

Cəlilov heç-heçəni dəyərləndirdi: "Çempionluğa oynayan komanda ilə qarşılaşdıq"

15:22

Terim Osimhendən danışdı: "Kaş ki, həmin gün olardı"

15:04

Nigeriyalı müdafiəçi Azərbaycan klubuna keçir

14:46

Elman Sultanov getdi - "Mingəçevir"i növbəti oyuna Məmmədov çıxaracaq

14:28

"Sabah"ın "Şəfa" ilə oyuna neçə itki ilə çıxacağı bilindi

14:09

İlham Yadullayev: "Çox təəssüf ki, planımızı həyata keçirə, ilk qolu biz vura bilmədik"

13:50

"Neftçi" ilə matçımız da çətin olacaq" - Bense Varkonyi

Facebookdan bizi izləməyi unutmayın.
X