Almaniya Regional Liqasının Şimal-Şərq zonasında XI turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi Berlin "Dinamo"su "Halberştadt"ın qonağı olub.
Oyun "Dinamo"nun 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətində çıxan Rüfət sonadək oynayıb. Millimizin sabiq üzvü 62-ci dəqiqədə dəqiqədə komandasının üçüncü qolunu vurub. Bu onun ardıcıl 6-cı oyunda 9-cu, mövsümdə 11-ci qolu olub.
Qeyd edək ki, "Dinamo" 11 turda 22 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Fanat.Az