Almaniya Gənclər Bundesliqasının Cənub zonasında VIII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, əsas millimizin hücumçusu Renat Dadaşov və U-19 yığmamıza müntəzəm dəvət alan Murad Mahmudovun komandası - "Ayntraxt”ın U-19-u da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi "Maynz”lı həmyaşıdlarını qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Futbolçularımız meydana start heyətində çıxıb.
Qeyd edək ki, 8 oyuna 11 xal toplayan "Ayntraxt” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Fanat.Az