Almaniya II Bundesliqasında X tur başa çatıb.
Fanat.Az xəbər verir ki, millimizin "milliləşdirilmiş" yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Erzgebirge” də növbəti oyununa çıxıb.
"Bənövşəyilər" rəqib meydanında "Fürt”lə üz-üzə gəlib və 0:2 hesabıyla uduzub. Nazarov bu görüşdə 90 dəqiqə oynayıb.
Qeyd edək ki, 10 oyuna 13 xal toplayan Aue təmsilçisi turnir cədvəlinin 10-cu pilləsində mövqe tutub.
Fanat.Az