Oktyabrın 28-də "Kəpəz”lə qarşılaşacaq "İnter” bu matça ilk dəfə "Keşlə” adı altında çıxacaq.
Fanat.Az xəbər verir ki, bakılılar yeni adının təqdimetmə mərasimini keçirəcək. Mərasimdə musiqili hissə də nəzərdə tutulub. Belə ki, fasilədə müğənni Ədalət Şükürov da oxuyacaq.
Tanınmış müğənni "Keşlə"nin "facebook" səhifəsi vasitəsilə azarkeşlərə müraciət edərək, onları qarşılaşmaya dəvət edib.
Qeyd edək ki, sözügedən matç saat 15:00-da "İnter Arena”da start götürəcək.
Fanat.Az