İspaniya Sequndasında VII turdan təxirə salınan bir oyun baş tutub.
Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu "Ximnastik” "Barselona”nın B komandasını qəbul edib. Qolsuz bərabərliklə bitən matçda Eddi oynamayıb. İsrafilovun adı görüşün iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, 12 xalı olan "Ximnastik" turnir cədvəlində 22 komanda arasında 18-ci pillədədi.
Fanat.Az