Çempionlar Liqasının IV turundan sonra ən çox seyvlə yadda qalan qapıçıların siyahısı açıqlanıb.
Fanat.Az xəbər verir ki, "Qarabağ”ın bosniyalı qapıçısı İbrahim Şehiç də yaxşı mənada fərqlənənlər arasındadı. Azərbaycan çempionunun qolkiperi 4 oyunda 21 qurtarışla yadda qalıb. Şehiç "Şaxtyor"un "çərçivə" qoruyucusu Andrey Pyatovla 2 və 3-cü yerləri bölüşür. Siyahının lideri isə "Maribor”un qapıçısı Yasmin Handanoviçdi. Sloveniyalının aktivində 24 qurtarış var.
1. Yasmin Handanoviç ("Maribor”) - 24 2-3. İbrahim Şehiç ("Qarabağ”) - 21 Andrey Pyatov ("Şaxtyor”) - 21 4-5. İqor Akinfeyev (MOİK) - 20 Uqo Loris ("Tottenhem”) - 20 Fanat.Az