"Qurban Qurbanovla 6 illik müqavilə imzalanıb. Əvvəlki baş məşqçilərlə adətən 2 illik müqavilə imzalayırdıq. Yeni baş məşqçi ilə 3 tsikılı əhatə edən 6 illik müqavilə imzalamışıq". Fanat.Az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.
İcraiyyə Komitəsinin iclasından sonra brifinq keçirən AFFA prezidenti Qurban Qurbanovun milli komandanın baş məşqçi postuna təyinatından danışıb: "Yekdil qərarla Qurban Qurbanov baş məqşçi təyin olundu. Onu təbrik edir və uğurlar arzulayıram. İcraiyyə Komitəsinin üzvləri Qurban Qurbanovun "Qarabağ" klubunun baş məşqçisi vəzifəsində qalmasını da yekdilliklə dəstəklədi. - Qurban Qurbanov ən azı 6 il millidə qalacaq. Sistem qurulmalıdır. Bütün oyunçuların hazırlıq sistemi mərkəzdən idarə olunmalıdı".
Fanat.Az