17:33 03.11.2017 2771

Qurban Qurbanova müstəsna səlahiyyətlər verildi - ŞƏRTLƏR

Futbol üzrə Azərbaycan milli komandasının inzibati işçiləri ilə bağlı yekun qərarı yeni baş məşqçi Qurban Qurbanov verəcək. "Report”un məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.

O, deyib ki, həmin şəxslər 45 yaşlı mütəxəssisə təqdim olunacaq. Baş katib artıq yığmada tərcüməçiyə ehtiyac qalmayacağını da söyləyib: "İslam Abbasov yığmanın inzibatçısı, Riad Rəfiyev isə seleksiya məsələləri üzrə baş koordinatorudur. Aydın Rüstəmov isə tərcüməçimizdir. Yəqin ki, tərcüməçi kimi ona ehtiyac qalmayacaq. Lakin bizdə başqa layihələr də var. Təcrübəli insandır. Demirəm gələcəyin Mourinyosudur, ancaq assosiasiyada çalışmağa davam edəcək. Bütün inzibati işçiləri Qurban Qurbanova təqdim edəcəyik. O, öz fikirni bildirəcək. Həmin şəxslər də işləri ilə özlərini sübut etməlidirlər".

E.Məmmədov bildirib ki, Q.Qurbanov AFFA-nın texniki direktoru Bernhard Lippertin də səlahiyyətlərini öz əlinə alacaq. Onun sözlərin görə, millidə vahid sistem olacaq: "Çalışacağıq ki, vahid sistemlə gedək, bir fəlsəfə olsun. Həmin fəlsəfənin konsepsiyası hazırdır. İdman direktoru hazırlayıb, təyinatı gözləyirik. Hər bir baş məşqçinin taktiki baxımdan öz fəlsəfəsi var. Konsepsiyanı bütün klublara təqdim edəcəyik”.

Baş katib milliləşdirmə siyasətinə də toxunub. O, qeyd edib ki, bu işdə də son sözü yığmanın yeni baş məşqçisi deyəcək: "Bu, artıq baş məşqçiyə aid məsələdir. Bizə çoxlu müraciətlər olub. Türkiyə milli komandasına düşməyən futbolçular hazırda bizə müraciət edirlər. Onların adlarını çəkməyəcəyəm. Bu günədək AFFA-nın inzibati vəzifələrində çalışanlardan heç kim gələn futbolçularla bağlı qərar qəbul etməyib. Bu, yalnız baş məşqçinin tövsiyəsi ilə baş verib. Heç bir baş məşqçi deyə bilməz ki, AFFA rəhbərliyindən kimsə ona "Bu futbolçunu götürün" söyləyib. Bu, yalnız baş məşqçinin qərarı ilə olub. Ramil Şeydayevlə danışıqlara başlayanda o, Rusiya millisinin futbolçusu idi. Bununla belə, biz baş məşqçidən fikrini soruşduq. Çünki Şeydayev vətəndaşlığını dəyişdirdikdən sonra Azərbaycan millisinə dəvət almasaydı, bu, yaxşı hal olmazdı. Bu səbəbdən, yalnız baş məşqçinin fikri əsasında addım atmışıq. Biz futbol meydanına qarışmamışıq”.

E.Məmmədovun fikrincə, vahid sistemə keçid kadr islahatlarına səbəb olacaq: "Təbii ki, bununla bağlı dəyişikliklər olacaq. Ümid edirik ki, "Qarabağ" qrup mərhələsi yekunlaşdıqdan sonra ən azı Avropa Liqasının 1/16 final mərhələsinə yüksələcək. Daha sonra məşqçilərlə müzakirələr aparılacaq. Milli komanda fəlsəfəsi konsepsiyasının təqdimatını edəcəyik və müvafiq qərara gələcəyik. Təbii ki, bu zaman klub rəhbərliyi ilə də müzakirə aparılacaq. Həkim və ya fizioterapevtlə bağlı böyük dəyişiklik gözlənilmir. Çünki məsələn, hazırda "Qarabağ"da çalışan fizioterapevt millidə də eyni vəzifədə işləyir. Millinin ukraynalı həkimi "Qarabağ"la da, digər klublarla da sıx işləyir. 2020-ci il Avropa çempionatına vəsiqə qazanmağı qarşımıza məqsəd qoymuşuqsa və vahid sistemlə çalışırıqsa, maksimum nəticə göstərməliyik. Bu məsələdə heç kim maneçilik törətməməli, əksinə, dəstək verməlidirlər. Futbol ailəsinin hər bir üzvü eyni məqsəd uğrunda çalışmalı, Qurban müəllimə kömək etməlidirlər ki, yaxşı nəticə göstərsin. Təbii ki, köməkçilərini özü gətirəcək”.

Baş katib aşağı yaş qrupları üzrə məşqçilərin də Qurban Qurbanovun tövsiyyəsi əsasında təyin olunacağını bildirib: "Bernhard Lippertin müqaviləsi 2019-cu ildə başa çatır. Lippertə hamı yalnız idman direktoru kimi yanaşır. İdman direktorunun funksiyasına təhsil sistemi də daxildir. 2019-cu ilədək Pro lisenziyalı təhsil sistemi UEFA-nın nəzarətində gedəcək. Daha sonra UEFA bu sistemi bizə təhvil verəcək. Biz öz məşqçilərimizi də hazırlayırıq. Bu da əslində Lippertin bir vəzifəsidir. Pro lisenziyalı kursların Azərbaycanda təşkilində onun da köməyi var. Qonşu ölkələrdə belə kursları müştərək təşkil edirlər. Bizdə isə bu, müstəqil şəkildə aparılır. Aşağı yaş qrupları üzrə yığmaların baş məşqçiləri ilə 2017-ci ilin sonunadək müqavilə bağlanılıb. Bundan sonra yığmalara təyinat onun tövsiyyəsi əsasında aparılacaq. Əslində bunu Robert Prosineçkidən də soruşurduq. Lakin əcnəbi baş məşqçi hər zaman gücünü bir komandaya qoyur, digər komandalara isə böyük önəm vermir. Çünki müvəqqəti olduğunu bilir".

Qeyd edək ki, AFFA Qurban Qurbanovla 6 illik müqavilə bağlayacaq.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X