Peşəkar Futbol Liqası Azərbaycan Super Kubokunun vaxtını açıqlayıb. Fanat.az xəbər verir ki, ölkə çempionu ilə kubokun finalçısı arasında baş tutacaq matç oktyabrın 23-də keçiriləcək.
Artıq qarşılaşmanın oynanılacağı stadionda məlumdu. PFL Super Kubok oyununu İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionunda keçirəcək.
Qeyd edək ki, Super Kubok oyunu son çempion "Neftçi" və kubokun finalçısı "Xəzər Lənkəran" arasında baş tutacaq.