Latviya millisinin futbolçusu Edqar Vardanyan halı pisləşdiyi üçün xəstəxanalıq olub.
Fanat.Az xəbər verir ki, bu barədə "METTA-Latviya universiteti" komandasının baş məşqçisi Andris Rixerts məlumat verib.
O, bildirib ki, "Hazırda Vardanyan pis halda xəstəxanada yatır. Heç kim bilmir nə etmək lazımdır. Analizlərin cavabı mənfidir - soyuqdəymə, daxili infeksiya. O, bir dəfə xəstəxanada olmuşdu, məsələ həll olunmuşdu. Lakin yenidən eyni vəziyyət yaranıb".
Qeyd edək ki, Vardanyan ilk dəfə bu ilin may ayında milliyə dəvət alıb və 4 matçda meydana çıxıb. Lakin oktyabr ayından o, yığmaya dəvət almayıb. Noyabrda ayında yenidən dəvət alsa da, adı siyahıdan yenə çıxarılıb.
Fanat.Az